Elektrik, Hidravlik-Çilingər və Dəmirçi
 
JOB TITLE: Elektrik, Hidravlik-Çilingər və Dəmirçi
EMPLOYER: Grand Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: N/A DEADLINE: 2021-05-16

"Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Dynapac, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.

“Grand Motors” MMC şirkəti hal-hazırda aşağıdakı texniki vakansiyalar üzrə təcrübəli işçi axtarır:

Vəzifələr: Elektrik; Hidravlik-Çilingər; Dəmirçi

Əsas tələblər:

- Bəy namizəd
- Yaş: 24 - 40 yaş arasinda olan hərbi xidməti kecmiş bəylər tələb olunur
- Təhsil: orta
- Azərbaycan dilini səlist bilməli
- Mövcud olan vakansiya üzrə 5 il təcrübəsi olmalı (ağır texnika, avto)
- Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı
- Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmalı

İş şərtləri:

- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə ilə təmin ediləcək
- 6 günlük iş rejimi, ə/h 1400-1800 azn.
- İş yeri: Bakı şəh., Binəqədi, Mədən küç., 4

Maraqlanan namizədlər mövzu yerində “Elektrik, Hidravlik və ya Dəmirçi” yazmaqla öz CV-ləri hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP