Xarici satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Xarici satınalma üzrə mütəxəssis
EMPLOYER: Grand Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: 2021-04-16 DEADLINE: 2021-05-16

Şirkət: Grand Motors MMC
Vəzifə: Xarici satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Satınalma Prosesini vaxtında, prosedur və qaydalara uyğun olaraq icra etmək.
- Bazarın təhlili,tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması.
- Ən uyğun təchizatçıların seçimi,yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili.
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması,hazırlanması və həyata keçirilməsinə nəzarət.
- Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
- Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi.
- Hesabatların hazırlanması və analizi.

Namizədə dair tələblər:

- Ali təhsil;
- Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;
- Analitik və alqoritmik düşünmə qabiliyyəti;
- Texniki sənədlərin tərtibi: vacibdir
- MS Office proqramları
- Komanda şəklində işləmə bacarığı;
- İngilis dili- əla, Rus dili- yaxşı səviyyə
- İşgüzarlıq, operativlik və icra etdiyi işə görə cavabdehlik
- 1 C ERP Proqramında işləyə bilməsi arzuolunandır.

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP