Aparıcı Mühasib
 
JOB TITLE: Aparıcı Mühasib
EMPLOYER: ADORE kompani DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: 2021-04-19 DEADLINE: 2021-05-16

Şirkət: “ADORE kompani” MMC
Vəzifə: ”Aparıcı Mühasib”

Namizədə tələblər

• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır)
• Anoloji sahədə ən azı 5 il iş təcrübəsi
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• Vergi qanunvericiliyini üzrə mükəmməl biliklərə sahib olmalı

Şəxsi keyfiyyətlər

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vəzifə öhdəlikləri:

• Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması
• Vergi, Statistika, DSMF və Məşğulluq üzrə hesabatların hazırlanması və göndərilməsi
• Qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Şirkət üçün nəzərdə tutulmuş xırda xərclərin pul və aylıq hesabat formasında işlənməsi
• Bütün hesabatların hazırlanması və vergi orqanlarına təqdim edilməsi. Əlavə dəyər vergisi (ƏDV) hesabatlarının hazırlanması və yoxlanılması. Gömrük bəyannamələrinin hazırlanması.
• Bütün bank əməliyyatları. Hesabların ödənilməsi və analizi. Debitor və kreditorların yoxlanılması
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

İş şərtləri

• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) gözlənilən əmək haqqını qeyd etməklə hr.info@adoregroup.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Aparıcı Mühasib” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP