Planlama üzrə mütəxəssis
 
JOB TITLE: Planlama üzrə mütəxəssis
EMPLOYER: Gədəbəy Mineral Suları MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: 2021-04-17 DEADLINE: 2021-05-16

Vakansiya : Planlama üzrə mütəxəssis

Şirkət : ”Gədəbəy Mineral Suları” MMC

İş barədə məlumat:

- 1. İnventar stoklama səviyyələrinin optimallaşdırılması və müştəri xidmətləri hədəflərini təmin etmək üçün təxminlər və stok planlama prosesinə nəzarət
- Tələbi vəya tədarükü planlaşdırma prosesləri və sistemləri üçün sənədləşmə və standart əməliyyat prosedurlarının, işləmə fayllarının yaradılması,  inkişaf etdirilməsi, bu prosedurların üzərində nəzarət, şöbə heyətinin işinin təqib edilməsi
- Proqnoz və müvafiq inventar hədəflərini həyata keçirmək üçün proqnozlaşdırma metodları yaradilması və onların inkişaf etdirilməsi (statistik modellər və digər vasitələrlə)
- İnventar parametrlərinin hazırlanması, rəhbərliyin təsdiqindən sonra bu parametrlərlə inventar hədəflərinin (yetərli stok səviyyəsi daxil olmaqla) qorunmasının təmin edilməsi
- Prognozlaşdırma və stok planlama üçün marketing, satış və digər şöbələrlə əlaqəli şəkildə müzakirə edilərək, analız və hesabatların hazırlanması,
- Prognoz və inventar səviyyələri analizi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- Prognoz, sifariş, distributorlarla iş, planlama əsasında yarana biləcək problemləri analiz ederek yaranmasının qarşını almağa çalışılması, baş verən problemlərin həll yolunu axtararaq həll etməyə çalışılması
- Gündəlik anbar qalıqların və satışların izlənməsi və analizi
- Gündəlik anbar qalıqların və satışların hesabatının hazırlanması SKU və istehsalçı üzrə şirkətini gündəlik və aylıq satış və qalıq üzrə məlumatlandırmaq
- İstehsalatı qalıq və satış üzrə məlumatlandırmaq
- Tarix hesabatının ayda 2 dəfə hazırlamaq və paylaşmaq
- OOS hesabatının hazırlamaq və paylaşmaq
- Bütün idxal olunan məhsullarının istənilən məlumatları və sənədləri satış komandaları ilə paylaşmaq  
- Bakı anbarın qalıq və satışların analizi və onlara uyğun olaraq sifarişlər etmək

Tələblər:

• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində),
• Staj: 1 – 3 il
• Yaş həddi: 22 — 35 yaş
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı,
• Analitik düşünmə bacarığı,
• Şirkətdə planlaşdırma işinin təşkili,
• Biznes-planların hazırlanma qaydalarını bilməli,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.
• Dil bilikləri : Rus (əla) , İngilis ( yaxşı )

Təminatlar:

• Əmək haqqı: Müsahibə əsasında
• İş rejimi: Tam iş günü (5 gün)

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@gedebeywater.com mail ünvanına mövzu hissəsinə “ Planlama üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP