Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: N/A DEADLINE: 2021-05-16

Tələblər: 

- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi 2-3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.

İş haqqında:

- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
-Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com  elektron ünvanına ``Mühasib `` başlığı ilə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP