Tikinti supervayzeri
 
JOB TITLE: Tikinti supervayzeri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-19 LAST UPDATED: N/A DEADLINE: 2021-05-19

Dolğu materialları tədarükcüsü (daş karxanası ) fəaliyyəti ilə məşğul olan özəl şirkət Tikinti supervayzerləri axtarır. İşyeri Fizuli-Cəbrayıl-Zəngilan rayonlarındadır.

Vəzifə öhdəlikləri

*Qazma işlərinin və qazılan xammalın daşınması işlərini təşkil etmək.
* Təhlükəsizlik, əməliyyat xərcləri, mina dərinliyi kimi meyarları nəzərə alaraq effektiv qazma işlərinin aparılmasını təmin etmək.
* Əməyin səmərəliliyini təhlil, istehsalat plan və cədvəllərinin vəziyyətlərin analiz edilərək məhsuldarlığı təmin etmək.
* Günlük, həftəlik və aylıq hesabatların və FORMA 2-ləri hazırlamaq.
* İstehsal hədəfinə nail olmaq məqsədi ilə, işlərin təşkil edilməsi və analiz olunmasını təmin etmək.

Namizəd üçün tələblər

* Ali təhsil (Mühəndislik).
* Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik.
* Minimum 5 il təcrübə arzu olunandır.
* Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı olmalıdır.

İşyeri xüsusiyyətləri

* İşçi ilə olan münasibətlər əmək müqaviləsinə əsasən tənzimlənəcək.
* İş qrafiki həftəlik 6 gündür. İşin naturasına görə iş saatından əlavə işləmə təbiq ediləcək və rəsmiləşdiriləcək.
* Yemək və qalma yeri şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiteratconstruction@gmail.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP