SƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-19 LAST UPDATED: N/A DEADLINE: 2021-05-19

Dolğu materialları tədarükcüsü (daş karxanası ) fəaliyyəti ilə məşğul olan özəl şirkət SƏTƏM mütəxəssisləri axtarır. İşyeri Fizuli-Cəbrayıl-Zəngilan rayonlarındadır.

Vəzifə öhdəlikləri

* Tikintidə SƏTƏM rəhbərinə bağlı işləyəcək. Rəhbərin kordinasiyası ilə əməyin mühafizəsi işinin təşkili, o cümlədən tikinti sahəsində aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək.
* İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək.
* Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək.
* Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, maşın-mexanizım-avadanlıqların texniki müayinəsinin vaxtında keçirilməsini nəzarətdə saxlamaq.
* Gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatlar tərtib etmək.

Namizəd üçün tələblər

* Karyerasını SƏTƏM üzrə qurmaq istəyən şəxslər müraciət edə bilər.
* Tikinti sahəsində işləmə həvəsi və səbri mütləqdir.
* Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı olmalıdır.
* Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçillik və insanlarla rahat münasibət qura bilmə bu vəzifənin uğurlu icrası üçün vacib keyfiyyətlərdir.

İşyeri xüsusiyyətləri

* İşçi ilə olan münasibətlər əmək müqaviləsinə əsasən tənzimlənəcək.
* İş qrafiki həftəlik 6 gündür. İşin naturasına görə iş saatından əlavə işləmə təbiq ediləcək və rəsmiləşdiriləcək.
* Yemək və qalma yeri şirkət tərəfindən qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiteratconstruction@gmail.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP