Marketoloq
 
JOB TITLE: Marketoloq
EMPLOYER: TEZİBU DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-19 LAST UPDATED: N/A DEADLINE: 2021-05-19

TEZİBUMMC-yə (Çatdırılma xidməti) “MARKETOLOQ” axtarılır.

İş haqqında məlumat:

- Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq, mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq,
- Sosial medya üçün həftəlik nəşrlər planının hazırlanması
- Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi
- Kampaniyalarla bağlı təkliflərin verilməsi
- Rəqiblərin kampaniyalarının izlənilməsi və hesabatın verilməsi
- Mövcud olan müştərilərimizlə əlaqə yaratmaq, əlaqəni möhkəmləndirmək və işin prinsipini artırmaq və.s
- Korporariv satış planının hazırlanması, icrasına nəzarətin edilməsi
- Mövcud satış kanallarında satış metodlarının təkmilləşdirilməsi, yeni müştəri bazasının yaradılması istiqamətində layihələrin hazırlanması
- Mövcud reklam bazarının analizi, uyğun partnyorların müəyyənləşdirilməsi
- Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.

Namizəd üçün tələblər

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan əla səviyyədə, rus və ingilis dili yaxşı səviyyədə.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq

Əmək haqqı – razılaşma əsasında.
AR Ə/M-nə uyğun sənədləşmə.
İş yeri : Azure Business Centerin yaxınlığında.
İş rejimi: 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketoloq" yazaraq hr@tezibu.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP