Ofisant
 
JOB TITLE: Ofisant
EMPLOYER: ABSHERON Hotel Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-19 LAST UPDATED: N/A DEADLINE: 2021-05-19

Ofisant

Şirkətimiz hotel, restoran sahəsində təcrübəsi olan ofisiant axtarır.

TƏLƏBLƏR:

- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- İngilis ve rus dillərini orta səviyyədə bilməli.

DİGƏR VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
- İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.

Maraqlanan namizədlərdən öz CV-lərini qeyd edilən vəzifəni mövzu hissəsinə qeyd edərək careers.bilgahbeach@absheronhotelgroup.com email ünvanına göndərmələri tələb olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP