Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Aqrar İnnovasiya və Təchizat Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-20 LAST UPDATED: N/A DEADLINE: 2021-05-20

Vəzifə: Mühasib

İşin təsviri:

• Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
• DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
• E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi orqanları ilə yazışmalar
• Ödəniş tapşırıqlanının yazılması;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
• Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması
• Əmək haqqı hesablanması;

Namizədə tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat)
• MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
• Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
• Verilmiş tapşırığları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

Əmək haqqı: 1000-1500 AZN. (namizədə görə dəyişəcək)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərinizi hr@aisco.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP