Mühasib – operator (Gəncə)
 
JOB TITLE: Mühasib – operator (Gəncə)
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-20 LAST UPDATED: N/A DEADLINE: 2021-05-20

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizsə, sizi peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Mühasib – operator (Gəncə)

Öhdəliklər:

• Məhsulların yerdəyişməsinin proqram təminatında və sənədlər üzərindən yoxlanılması;
• Yararsız məhsulların silinmə əməliyyatlarının proqram üzərindən icrası;
• Məhsulların komplektasiyasının icrası və s. cari proqram əməliyyatları;
• Əməliyyatları yerinə yetirərkən yaranmış problemlərin həll olunması;
• Sənədlərin sistem üzərində düzgün şəkildə qeydiyyata alınması.

Tələblər:

• Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat);
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• 1 C (8.3) proqramından yüksək səviyyədə istifadə bacarığı;
• Xanım namizədlərə üstünlük verilir.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Mühasib-operator (Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 20.05.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP