İnformasiya texnologiyaları üzrə mütəxəssis
 
JOB TITLE: İnformasiya texnologiyaları üzrə mütəxəssis
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-20 LAST UPDATED: N/A DEADLINE: 2021-05-11

“Kaspi” Təhsil Şirkəti İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• İnformasiya Texnologiyaları sahəsində bakalavriatura dərəcəsi;
• İT sahəsində 3 il təcrübə;
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
• Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

• Server avadanlıqları üzrə iş təcrübəsi;
• Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
• Windows ƏS üzrə biliklər;
• MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
• LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
• Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
• Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
• Access Control system üzrə biliklər (arzu olunandır);
• Security Camera Systems üzrə biliklər (arzu olunandır);
• Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).

Vəzifə öhdəlikləri:

• İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
• Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
• Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
• Məlumatların arxivləşdirilməsini təşkil etmək;
• Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
• İT dəstək, infrastrukturu və sistemləri idarə etmək.

İş saatları: I-V günlər, 8:00-17:00
İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC (Ünvan: Xocalı pr. 57A)

Son müraciət tarixi: 10.05.2021

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP