İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Zakaz.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-20 LAST UPDATED: N/A DEADLINE: 2021-05-20

İş barədə məlumat:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır, əmək kitabçaları əmrlər əsasında doldurur;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir;
• Əmək kitabçalarının qeydiyyatını aparmaq;
• İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Namizədə olan tələblər:

• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
• Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word;
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
• Stresə davamlılıq;
• Orta səviyyəli Rus və İngilis dili biliyi.
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@zakaz.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP