Həkim
 
JOB TITLE: Həkim
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-20 LAST UPDATED: N/A DEADLINE: 2021-05-11

“Kaspi” Təhsil Şirkəti Sumqayıt Bağçası üçün Həkim vəzifəsi üçün vakansiya elan edir.

Vakansiya tələbləri:

• Ali tibb təhsili;
• Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

• Uşaqların sağlamlığının mühafizəsi haqqında məlumatlı olmaq;
• Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə və diaqnostika üzrə peşəkar fəaliyyət prinsiplərini bilmək;
• Sanitar-profilaktika qaydalarını bilmək;

Vəzifə öhdəlikləri:

• Uşaqlarda müşahidə edilən xəstəliklərin ilkin müayinə və diaqnozunun təyin edilməsi;
• Ehtiyac yarandıqda ilkin tibbi yardım göstərmək;
• Uşaqlara təqdim edilən qidaların sağlamlığına və təhlükəsizliyinə nəzarət etmək;
• Bağçada gigiyenik-sanitar qaydalara əməl olunmasına, paltar və dəyişəklərin təmiz saxlanılmasına nəzarət etmək;
• Tibbi dərmanların və sarğı materiallarının siyahısının hazırlanması, vaxtında alınmasına və saxlanma qaydasına nəzarət etmək;
• Uşaqların gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilində iştirak etmək.

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 10.05.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP