Təchizat şöbəsinə assistent (xanım)
 
JOB TITLE: Təchizat şöbəsinə assistent (xanım)
EMPLOYER: Unimetal DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-21 LAST UPDATED: N/A DEADLINE: 2021-05-21

Təchizat şöbəsinə xanım assistent

Əsas vəzifə və öhdəliklər:

• Tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması, bazarın təhlili, kommersiya təkliflərinin toplanması və müqayisəsinin aparılması
• Alışların aylıq analizləri, qruplaşdırılması və hesabat formasının hazırlanıb təqdim olunması
• Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi
• Satınalma prosesi ilə əlaqədar yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili
• Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
• Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması

Namizədə olan tələblər:

• Ali təhsil (iqtisadi sahədə)
• Xarici dil biliyi: Rus dilində - əla danışıq və yazı yazmaq; eyni zamanda yaxşı səviyyədə ingilis dili bilikləri də olan namizədə üstünlük veriləcək
• MS Office proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı
• Satınalma və təchizat sahəsində iş təcrübəsinin olması arzuolunandır

İş şəraiti:

• AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
• Nahar şirkət tərəfindən təmin olunur
• Əmək haqqı: 600 AZN (net)
• Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A

Uyğun namizədlər hr@unimetal.az adresinə şəkilli CV göndərə bilərlər. Yalnız tələblərə uyğun olan xanımlarla əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP