Layihəllər üzrə mütəxəssis
 
JOB TITLE: Layihəllər üzrə mütəxəssis
EMPLOYER: Enginet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-22 LAST UPDATED: N/A DEADLINE: 2021-05-22

Vəzifə: Layihəllər üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Xəritədə qeyd olunan obyektlərə baxışın keçirilməsi və növlər üzrə bölünməsi: yaşayış binaları, kommersiya obyektləri, yeni tikili binalar, dövlət qurumları binaları və s.;
• Hesabat formasına bütün məlumatların qeyd olunması: mərtəbələrin, evlərin, blokların, mənzillərin sayı və hesabı;
• Layihənin ilk qaralama sxem-kartının tərtibi;
• Layihə ərazisinin tədqiqatından sonra, məlumatları incələyərək sxem-kartaya yenidən daxil edilməsi və yekun məlumatların onlayn “Əhatə dairəsi” kartına köçürülməsi;
• Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

• Ali/peşə/orta təhsil;
• Ən azı 6 ay iş təcrübəsi;
• Komandada işləmək bacarığı, dəqiqlik, müşahidəçilik qabiliyyəti, stressə davamlılıq;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili, rus dili.

İş qrafiki: Həftənin 5 günü, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: 400 AZN (net)

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Layihələr üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP