Məlumat Mərkəzinə menecer
 
JOB TITLE: Məlumat Mərkəzinə menecer
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-22 LAST UPDATED: N/A DEADLINE: 2021-05-22

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat Mərkəzinə menecer” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Call center_Manager” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Alternativ kanallarla satış şöbəsi, Məlumat mərkəzi
Vəzifə: Şöbə meneceri
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

- Məlumat Mərkəzində təyin olunmuş iş qrafiki üzrə operatorların işinin effektiv və fasiləsiz şəkildə təmin edilməsi;
- İşin gedişatı üçün lazımi prosedur, qayda, skriptlərin yazılması;
- İş modellərinin və program təminatının təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
- Cari iş proseslərinin nəzarətdə saxlanılması, pik saatlarını düzgün təyin edilməsi;
- Mütəxəssislərin üçün maddi və qeyri-maddi motivasiyanın yaradılması;
- Stressdən azadolma metodlarının tətbiqi;
- Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
- Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
- Daxil olan və çıxan zənglərin effektiv idarə olunması, skriptlərin təkmiləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak;
- Bankın sosial platformalar vasitəsi ilə daxil olan sorğuları effektiv cavablamaq və idarə etmək üçün sistemin təşkil olunması;
- Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak.

Tələblər:

- Məlumat Mərkəzində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan dili, Rus dilini mükəmməl səviyyədə bilməli, İngilisi dili biliyi arzuolunandır;
- Məlumat Mərkəzlərinin işinin təşkili üçün mühüm olan program təminatları üzrə texniki biliklər biliklər;
- Əmək qanunvericiliyi əsasları haqqında biliklər;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklər;
- Güclü idarəetmə və komunikasiya bacarığı;
- Analitik düşüncə və təhlil vərdişləri.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP