Mühafizəçi
 
JOB TITLE: Mühafizəçi
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-22 LAST UPDATED: N/A DEADLINE: 2021-05-22

Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

- Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
- Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
- Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
- Yanğın mühafizə sistemlərinə nəzarət;
- Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
- Bankın inzibati binasının mühafizəsinin təşkili.

Bizim üçün uyğun namizəd:

- Ali və ya orta ixtisas təhsilli;
- Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
- Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
- Həqiqi hərbi xidməti başa vurmuş;
- Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
- Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
- Detallara diqqət yetirmə bacarığına sahib olan;
- Məsuliyyətli və intizamlı.

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ Mühafizə və rejim şöbəsinə mühafizəçi")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP