Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis
 
JOB TITLE: Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-22 LAST UPDATED: N/A DEADLINE: 2021-05-22

Həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək və Mərdəkan filialları, Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Sədərək_Əməliyyat üzrə mütəxəssis”, “Mərdəkan_Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan və Sədərək filialları
Vəzifə: Əməliyyat üzrə kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:

- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək

Tələblər:

- Bankın dəyərlərinə uyğun davranış;
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
- Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı;
- Komandada işləmək bacarığı;
- Qüvvədə olan bank qanunvericiliyini bilmək.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP