Taxıl kompleksinin laborantı
 
JOB TITLE: Taxıl kompleksinin laborantı
EMPLOYER: Agro Dairy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-22 LAST UPDATED: N/A DEADLINE: 2021-05-22

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy MMCTaxıl kompleksinin Laborantı” vəzifəsinə işə qəbul elan edir.

Vəzifələri:

- İl ərzində silolarda, anbarlarda saxlanılan məhsulların (buğda, arpa, qarğıdalı, soya və s.) keyfiyyət göstəricilərini yoxlanılması;
- Azərbaycanın yerli bazarı üçün zəruri olan keyfiyyət parametrlərinin yoxlanılması üçün təhlillər aparılması;
- Bütün saxlanılan məhsulların miqdarı və keyfiyyəti barədə tam təsəvvür yaranması üçün silo menecerinə mütəmadi hesabat verilməsi, zərurət olarsa satış menecerini məlumatlandırması;
- Dəqiq nəticələrin vaxtında alınması üçün hazırlanmış metodlara uyğun olaraq nümunələrin sınaqdan keçirilməsi;
- Bütün analiz nəticələrinin dəqiq və mütəşəkkil uçotunun (hesabatını) aparılması, nəticələrin bazada yerləşdirilməsini və saxlanmasının təmin edilməsi
- Laboratoriyada avadanlıq, cihaz və s. inventarlardan düzgün istifadə edilməsinə, əməkdaşlar tərəfindən texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməsi
- Analitik bacarıqlar
- Yeni üsulları öyrənmək və yeni məhsullarla işləmək bacarığı
- Tez qavrama bacarığı, çalışqanlıq

Tələblər:

- Dənli taxıl bitkilərinin saxlanılması və emalı sahəsində ali/orta ixtisas təhsili və ya ona müvafiq ixtisas təhsili;
- Dənli taxıl məhsullarının analizi laboratoriyasında və ya ona yaxın sahədə ən azı 1 il iş təcrübəsi;
- Zəruri hallarda ezamiyyələrə getmə imkanlarının
- İngilis dili biliyi (üstünlük hesab olunacaq)

Əlavə Məlumatlar:

İş yeri – Hacıqabul şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Taxıl kompleksinin Laborantı” şəklində göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP