Qəssab (Steyk qəssabı)
 
JOB TITLE: Qəssab (Steyk qəssabı)
EMPLOYER: Prive Steak Gallery Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-23 LAST UPDATED: N/A DEADLINE: 2021-05-23

HAQQIMIZDA

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya: Qəssab (Steyk qəssabı)
İş yeri: Prive Steak Gallery
Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki - həftədə 6 gün
Əmək haqqı- razılaşma yolu ilə

Namizədə olan tələblər:

- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Xoş görünüş, ünsiyyət, gülərüzlük , operativlik, kollektivlə işləmək bacarığı, diqqət, məsuliyyət kimi müsbət göstəricilər. Steyk ətlərini yüksək səviyyədə hazırlamağı bacarmalıdır.

Vəzifə öhdəlikləri:

- Steyk ətlərinin hazırlanması;
- Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi;
- Ət məhsullarının ilkin doğrama prosesinin icra edilməsi (tikələrin sümüklərdən ayrılması, tikələnməsi və s.);
- Ət məhsullarının istehsal üçün qruplaşdırılması;
- Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi;
- Natamam məhsulların hazırlanması və tənzimlənməsi

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com
email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP