Mexanik (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
 
JOB TITLE: Mexanik (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-23 LAST UPDATED: N/A DEADLINE: 2021-05-23

Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Mexanik (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına daim nəzarət edilməsində iştirak etmək;
• Avadanlıqların təmir qrafiklərinin tutulması, vaxtında və keyfiyyətlə təmir işlərinin aparılmasını, yeni gəlmiş avadanlıqların quraşdırılmasının təmin edilməsində iştirak etmək;
• Hasilat sahəsini daim monitorinq edilməsində iştirak etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə aidiyyəti üzrə məlumat vermək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təşkil olunmasında iştirak etmək;
• Köhnəlmiş avadanlıqlar və obyektləri müəyyən edib onların təmirini növbələşdirilməsində iştirak etmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office,AutoCAD və PLC proqramlaşdırma;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali texniki təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP