Biznes Həlləri Şöbəsinin Aparıcı mütəxəssisi
 
JOB TITLE: Biznes Həlləri Şöbəsinin Aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-23 LAST UPDATED: N/A DEADLINE: 2021-05-23

Ümumi məlumat

Kapital Bank namizədləri KKS/Korporativ biznesə dəstək Departamentinin Biznes həlləri Şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Ümumi məlumat

Kredit Komitəsində müsbət rəy verilmiş kreditlərin rəsmiləşdirilməsi üçün müvafiq sənədləri hazırlayır və məlumatları bank əməliyyatları sistemində əks elətdirir.

Öhdəliklər

• Müsbət rəy verilmiş kredit sənədlərinin hazırlanması;
• Kredit məlumatlarının bank əməliyyatları sistemində əks etdirilməsi;
• Kredit dosyelərinin yoxlanılması, kredit müqavilələrinin hazırlanması;
• Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət;
• Notariusda sənədləşmənin aparılması;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• Sahə üzrə iş təcrübəsi tələb olunmur.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP