Satış və layihələrin idarəolunması sektoru baş mütəxəssis
 
JOB TITLE: Satış və layihələrin idarəolunması sektoru baş mütəxəssis
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-23 LAST UPDATED: N/A DEADLINE: 2021-05-23

Şirkət haqqında:

"AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektoru baş mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
• Layihə planlama işlərinin həyata keçirilməsi;
• Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
• Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
• Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
• Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
• PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzu olunandır;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP