Logistika əməliyyatları üzrə analitik
 
JOB TITLE: Logistika əməliyyatları üzrə analitik
EMPLOYER: ADY Express DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-26 LAST UPDATED: N/A DEADLINE: 2021-05-21

Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Logistika əməliyyatları üzrə analitik
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

• İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması;
• Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
• Daşınma ilə əlaqədar hesabatların aparılması;
• Logistik əməliyyatların optimallaşdırılması;
• Cəmiyyət tərəfindən daşınılan yüklərin izlənilməsi;
• Hesabatlara uyğun yeni modernləşmə və analizlərin tətbiqi;
• Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması;
• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;

Tələblər:

• Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
• Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
• Excel-i yüksək səviyyədə bilmək; Power BI proqram təminatında işləmə bacarığı; SQL proqramlaşma dili üstünlükdür;
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;

Xahiş olunur CV-lərinizi 20 May 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika əməliyyatları üzrə analitik” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP