Transport coordinator
 
JOB TITLE: Transport coordinator
EMPLOYER: Dreamland Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-26 LAST UPDATED: N/A DEADLINE: 2021-05-26



Transport coordinator

Tələblər:

- Yaş həddi 30 – 40 yaş;
- Komandada işləmək bacarığı;
- İngilis və Rus dil bilgisi;
- Transport sahəsində ən azı 5 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Müəssisənin avtobus sürücülərinin işini təşkil etmək və işlərinə nəzarət etmək;
- Nəqliyyat vasitələrində sərnişin daşımaların şərtləri və xüsusiyyətləri haqqında sürücüləri təlimatlandırmaq;
- Avtobus sürücüləri tərəfindən təlimatların yerinə yetirilməsinin keyfiyyətinə nəzarət etmək;
- Avtobusların sürücülərinin marşrut və hərəkət cədvəllərini tərtib edərək hərəkət cədvəllərinə riayət etmələrinə nəzarət etmək;
- Avtobus sürücüləri tərəfindən yol hərəkət və texniki istismar qaydalarının, eləcə də hərəkətin təhlükəsizliyini təmin edən təlimatların və əmrlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Avtobusların texniki göstəricilərinə və texniki vəziyyətlərinə nəzarət etmək;
- Müəssisə ərazisində təmirə və təmizliyə ehtiyacı olan məkan və qurğularda müvafiq işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Müəssisəni zəruri ləvazimatlar ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək;
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət etmək;
- Xidməti ezamiyyətə gələn nümayəndə heyətinin, qonaqların və əcnəbi işçilərin qəbulunun, yerləşdirilməsinin və lazımi xidmətinin təşkilinə nəzarət etmək.

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Transport Coordinator” qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP