Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Odontos LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-26 LAST UPDATED: N/A DEADLINE: 2021-05-26



Odontos MMC “Anbardar” vakansiyası elan edir.

İş haqqında məlumat:

- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.

Namizədə verilən tələblər:

- Təcrübə - 3-5 il
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
- 1C proqramı (anbar) ilə işləmə bacarığı
- Ofis proqramları: MS office (word, excel)

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Anbardar” qeyd edərək öz CV-lərini hr@odontos.az elektron ünvanına göndərməyi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP