Tender mütəxəssisi
 
JOB TITLE: Tender mütəxəssisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-27 LAST UPDATED: N/A DEADLINE: 2021-05-27

Vakansiyanın adı: Tender mütəxəssisi

Vəzifə öhdəlikləri:

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Satınalmalar üzrə müsabiqələrin (açıqqapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi;
- Tenderin əsas şərtlər toplusunun hazırlanması, iştirakçılarının müəyyənləşdirilməsi;
- Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
- Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin elektron qeydiyyatın aparılması;
- Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
- Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Müqavilələr üzrə danışıqların aparılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
- Tender proseslərinin gedişi haqqında gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması;
- Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı.

Tələblər:

- Ali təhsili: İqtisadiyyat yönümlü (Maliyyə, Audit, Mühasibat uçotu və s.)
- Yüksək maliyyə təhlili ( Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı);
- Hüquq üzrə biliklər;
- Tikinti və istehsalat sahələrində qeyd olunan vəzifə üzrə təcrübə;
- Dil bilikləri: Azərbaycan, rus dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti, ingilis dili - orta
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
- Kompyuter biliklərinə sahib olan;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilən;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
- Yüksək məsuliyyət, diqqətcil olmaq.

İş şəraiti:

- Yaş: 25-40
- Təcrübə: 2-5 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Nərimanov rayonu

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Tender mütəxəssisi" qeyd edərək recruitment21team@gmail.com e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP