İş icraçısı (tikinti üzrə)
 
JOB TITLE: İş icraçısı (tikinti üzrə)
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-27 LAST UPDATED: N/A DEADLINE: 2021-05-27

Vakansiya adı: İş icraçısı (tikinti üzrə)

Tanınmış tikinti şirkətlərindən birinə ”Tikinti üzrə iş icraçısı” tələb olunur.

Vəzifə öhdəlikləri:

• Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
• Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir.
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
• Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
• İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir.
• Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
• Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.
• Kollektivdə tərbiyəvi iş aparır.
• Fəhlələrin ixtisas artmasını təşkil edir.
• Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir.
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir.

Təhsil/Təcrübə:

• Ali təhsil (Sənaye və mülki tikinti)
• Tikinti layihələrində ən az 3 illik təcrübə
• Son 3 ildə qeyd olunmuş vakansiya ilə bağlı iş təcrübəsi olmalı
• Azərbaycan dilində səlis danışa bilməli , rus dilini orta səviyyədə bilməli
• Məsuliyyətli, dəqiq və peşakar
• Komputer bilikləri: Microsoft Office ,Autocad əla səviyyədə bilməli
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
• İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
• Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;

Uyğun namizədlərdən CV-lərini hr.consultaze@gmail.com ünvanına, email başlığı yerində “iş icraçısı” qeyd edərək göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP