Təlimçi
 
JOB TITLE: Təlimçi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-28 LAST UPDATED: N/A DEADLINE: 2021-05-28

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Təlimçi

Əmək funksiyaları:

• Təlim materiallarını hazırlamaq;
• Təlim haqqında təlim iştirakçılarını məlumatlandırmaq;
• Təlimləri keçirmək;
• Təlim suallarını hazırlamaq və imtahan götürmək;
• Təlimlərin nəticələri barəsində təlim iştirakçılarını və onların müdirlərini məlumatlandırmaq;
• Təlimlərin qeydiyyatını aparmaq;
• Təlim proqramlarının hazırlanmasında iştirak etmək.

Tələblər:

• Ali təhsil – arzu olunandır;
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır;
• Texnika haqqında (rəqəmsal və ya məişət texnikası) dərin bilikləri olmalıdır;
• Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü- 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıda qeyd edilən linkə daxil olub müraciət edə bilərlər.
https://qlor.me/ko04c9tj

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP