Marketinq mütəxəssis (web marketinq üzrə)
 
JOB TITLE: Marketinq mütəxəssis (web marketinq üzrə)
EMPLOYER: Arsenal Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-28 LAST UPDATED: 2021-04-29 DEADLINE: 2021-05-28

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.

Marketinq mütəxəssis - web marketinq üzrə

Əsas iki tələb:

- Adobe Photoshop , Corel Draw və ya digər foto, video dizayn proqramlarında işləməyi bacarmalı.
- Excell biliyi yaxşı səviyyədə olmalı.
- Web marketinq üzrə müəyyən təcrübəyə malik olmalı
- Şirkətin internet mağazalarının (onlayn satış saytının) hazırlanması prosesində yaxından iştirak etməli.
- Şirkət məhsullarının şəkil və videolarının web platformalarda nümayişi , elektron kataloqun formalaşdırılması işinin təşkilində iştirak.
- Marketinq departamentində görüləcək bütün işlərin təşkilində iştirak və verilən tapşırıqları vaxtında icra etməli.
- Pozitiv , yorulmayan , məsuliyyətli , öyrənməyə həvəsli və Marketinq üzrə mükəmməl kariyera düşünən olmalıdır.

Namizədə tələblər

- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 18 - 35
- 1 ildən az olmayan iş təcrübəsi
- Liderlik,ünsiyyət komandada işləmək qabilliyəti
- Analiz etmə və problemləri həll etmə bacarığı
- Vaxt idarəetməsi və təşkilati qabiliyyətlər

Əmək haqqı: 500 azn

Əlaqə nömrəsi: 055 798 55 43, Bağırova Nüşabə

E-mail: cv@arsenalgroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP