Guest Relations Agent
 
JOB TITLE: Guest Relations Agent
EMPLOYER: Lankaran Springs Wellness Resort DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-28 LAST UPDATED: N/A DEADLINE: 2021-05-28

Ən yeni sağlamlıq-kurort kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.

“Lankaran Springs & Wellness Resort” Qonaq əlaqələri üzrə nümuayəndə (Guest Relations Agent) vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər

• Qonaqların xüsusi sorğularını həyata keçirir. Ehtiyac olarsa qonaqlara qeydiyyat kartının doldurulmasına kömək edir. Otaqların satılması və oteldə göstərilən xidmətləri reklam etmək üçün yüksək satış metodlarından istifadə edir.
• Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir. Müvafiq məsələlər üzrə lazımi tədbirlər həyata keçirir və ya onların həyata keçirilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verir.
• Otelin gündəlik iş fəaliyyəti və qonaqların qarşılanması daxil olmaqla bütün xidmətlər haqqında məlumatlı olur.
• Lazımi gəldikdə iş yoldaşlarına yardım edərək və onlarla əməkdaşlıq edərək kollektiv işə hazır olduğunu nümayiş etdirir.
• Qonaqlarla gündəlik olaraq ünsiyyətdə olur, otel haqqında rəyləri alır və qeydiyyatını aparır, qonaqları müvafiq platformalarda fikir bildirmələri üçün təşvid edir
• Bütün potensial və həqiqi zədələrin müəyyən edilməsi və dərhal aradan qaldırılmasını təmin etmək
• Otelin işçi heyəti üçün müəyyən edilmiş qanunları və təlimatları bilmək və onlara ciddi şəkildə riayət etmək
• Rəhbərlik tərəfindən ona həvalə edilən digər vəzifələri yerinə yetirmək

Tələblər:

• Yalnız Lənkəranda yaşayan və işləmək iqtidarında olan şəxslər
• Turizm və otelçilik sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan, Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır
• İlkin ofis proqramlarına tam hakimiyyət
• Ali təhsil - arzuolunandır

Təklif edirik:

• Əmək haqqı– 700-1000 AZN (müsahibəyə əsasən yekun olaraq təyin olunacaq)
• Müəssisənin avtobusu ilə daşınma
• İş vaxtı qidalanma
• Tam rəsmi qeydiyyat

CV nümunələri “Qonaq əlaqələri üzrə nümayəndə və ya Guest relations agent” başlığı ilə hr@lankaransprings.az ünvanına gödərilməlidir.

Yalnız müvafiq başlıqla və fotoşəkil ilə göndərilən CV-lər dəyərləndiriləcək. Yalnız seçilmiş namizədlər ilə növbəti mərhələdə müsahibə üçün əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP