İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis
 
JOB TITLE: İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis
EMPLOYER: Azericard DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-28 LAST UPDATED: N/A DEADLINE: 2021-05-28

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
• İT təhlükəsizlik servisləri üzrə yeni proqram-texniki vasitələrinin tətbiqi;
• “SOC - Security operations Center” - istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması “policy tuning”, “rule tuning”;
• İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
• “SOC” fəaliyyətində iştirak;
• İnformasiya təhlükəsizliyi üzrə insidentlərinin araşdırmasında (“incident investigation”, “insident forensics”) iştirak;
• İnformasiya təhlükəsizliyi insidentlərinə cavab-vermə prosesində (“ISIRT”, “Incident response”) iştirak;
• İnformasiya Təhlükəsizliyi İnsidentlərinin sənədləşdirilməsində iştirak.

Tələblər:

• İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
• Ali təhsil;
• İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
• Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
• Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
• Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
• Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.

Namizədlərdən CV-lərini “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP