Baş anbardar
 
JOB TITLE: Baş anbardar
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-28 LAST UPDATED: N/A DEADLINE: 2021-05-28

Baş anbardar

Vəzifə öhdəlikləri

• Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
• Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
• Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək, motivasiya etmək və kollektiv ruhunu qorumaq;
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
• Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.

TƏLƏBLƏR:

- Təhsil: Ali
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
- Yüksək səviyyədə kompüter bilikləri ( 1C, MS Word, Excel, və s.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Baş anbardar” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP