Karyerasını HR/Recruitment sahəsində qurmaq istəyənlərin nəzərinə!
 
JOB TITLE: Karyerasını HR/Recruitment sahəsində qurmaq istəyənlərin nəzərinə!
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-29 LAST UPDATED: N/A DEADLINE: 2021-05-29

Karyerasını HR/Recruitment sahəsində qurmaq istəyənlərin nəzərinə!

Artıq 4-cü qrupa qeydiyyat başladı! Yerlər məhduddur!!!

Təlimin adı: Recruitment from A to Z (A-dan Z-yə işə qəbul prosesi)
Təlim kimlər üçün nəzərdə tutulub: Yenicə universitet məzunu olmuş və karyerasını HR sahəsində qurmaq istəyənlər, işini dəyişib HR sahəsində işləmək istəyənlər və ya Recruitment sahəsinə maraq göstərən hər kəs. Təlim həm nəzəri, həm də praktiki hissədən ibarətdir. Təlimi bitirən namizədlərə təlimçi tərəfindən sonrakı fəaliyyətlərində də dəstək veriləcəkdir
Təlimin keçirilməsi üçün vasitə: Online, Zoom Meetings proqramı üzərindən
Təlimi bitirənlər sertifikatla təmin olunurlar.

“Recruitment from A to Z” təlimi üzrə proqram:

1-ci Təlim günü üzrə mövzular: (2 saat)

1. Recruitment (işçi seçimi vəzifəsi üzrə mütəxəssis) işi ilə tanışlıq
2. Vakansiyaların necə işləmək lazımdır. 3-ü 1-də Prinsipi
3. Voronka üsulu ilə kütləvi işə alınma proseslərinin tənzimlənməsi
4. İşinizi tənzimləmək üçün tələb olunan daxili kommunikasiyaların təşkili
5. İş elanı üzrə resurslar və onların effektiv istifadəsi (Linkedin Premium-la işləmək qaydaları) Praktik çalışma
6. Aktiv axtarışlar və Headhunting üsulları
7. Daxil olan CV-lər üzrə çevik analiz üsulu. Praktiki çalışma
8. Namizədlərin phone screening prosesi. Telefonla müsahibə qaydaları. Suallar və cavablar. Praktiki çalışma

2-ci Təlim günü üzrə mövzular: (2 saat)

1. Şifahi Müsahibə qaydaları və üsulları. Praktiki çalışma
2. Namizədlərin psixotipləri: DİSC. Praktiki çalışma
3. Açıq və qapalı suallar. Praktiki çalışma
4. Situativ suallar və onların istifadə taktikaları (STAR metodu)
5. Namizədin seçilməsi və vakansiyanın bağlanması proseduru
6. İş təklifinin hazırlanması (Job Offer). Razılaşdırılma mərhələsi. Praktiki çalışma
7. İşçi seçimi üzrə mütəxəssis özü işi necə axtarmalıdır?
8. Agile Recruitment. İşimizi daha çevik və effektiv etmək üçün üsullar (Gələcəkdə sizə yardımçı olacaq materiallar və formalar)

3-cü Təlim günü üzrə (2 saat)

1.Workshop for recruiters (İşə qəbul mütəxəssisi olaraq müsahibələrin aparılması texnikaları üzərində təcrübə)

4-cü Təlim günü (2 saat)

1. Təlim iştirakçılarının iş axtarma qaydaları və müsahibələrdə uğurlu nəticələr əldə etməsinə yönəlmiş texnikalar üzərində təcrübə proqramı

Hər iki modulda, həm nəzəri, həm də praktiki hissələr mövcuddur. Qeyd edilən sahə üzrə azərbaycan dilində məhz yerli əmək bazarının tələblərinə tam uyğunlaşdırılmış ilk və yeganə təlimdir. Bu təlimi bitirən andan siz tam rahatlıqla və sərbəst qaydada İşçi Seçimi üzrə Mütəxəssis (Çox vaxt bu vəzifəyə İşə Qəbul üzrə Mütəxəssis deyilir, lakin düzgün deyil) kimi işlərə müraciət edib işləyə biləcəksiniz. Həmçinin HR – İnsan Resurları sahəsində təcrübə olmadan iş tapmaq çox çətindir, lakin İşə Qəbul üzrə Mütəxəssis vəzifəsinə işə düzəlməklə siz həm HR – İnsan Resursları şöbəsinə düzəlmiş olursunuz, eyni zamanda gələcəkdə özünüzü daha da təkmilləşdirərək HR mütəxəssis, HR Manager vəzifəsinə yüksələ bilərsiniz.

*Recruiting sahəsində əmək haqqı aralığı: 600 – 2500 AZN arasında dəyişir vəzifədən asılı olaraq. Mümkün olan vəzifələr: Rekruter, İşə qəbul üzrə mütəxəssis, İşə qəbul üzrə aparıcı mütəxəssis, İşə qəbul üzrə baş mütəxəssis, İşə Qəbul Şöbəsinin Meneceri, İşə Qəbul Şöbəsinin Rəhbəri (Head of Recruiting Department).

Təlimi bitirdikdən sonra siz “Recruiter +” coaching proqramına qəbul edilirsiniz. Üstünlükləri aşağıdakı kimidir:

- Yalnız təlim üzrə məzun olmuş tələbələrin üzv olduğu qrupda HR sahəsində təcrübə tələb etməyən iş elanları və təcrübə proqramlarına müraciət etmək imkanı (Vakansiyalardan ilk xəbərdar siz olacaqsınız)
- 1 ay ərzində müsahibələrə dəvət olunduqda təlimçi tərəfindən pulsuz konsultasiya
- İşə düzəldikdən sonra 1 ay ərzində İşə qəbul mütəxəssisi kimi iş mühitinə adaptasiya olmaq üçün təlimçi-kouç tərəfindən hərtərəfli dəstəyin verilməsi (hazır sənəd nümunələri, namizədlərin tapılması üzrə konsultasiya və dəstək)
- Məzun tələbələrlə xüsusi qapalı qrupda şəbəkələşmə imkanları (Networking) və bir sıra digər üstünlüklər

Təlimçi barəsində:

Çingiz Eyvazov – 15 ildən çoxdur ki, HR və Recruiting sahəsində çalışır. İlk karyerasını Azercell Telekom-da qurmuş və 5 ilə yaxın orada müvəffəqiyyətlə çalışmışdır. Məhz həmin illərdən Təlimlər verməyə başlamışdır. Daha sonra, Swift Engineering (Neft-Qaz sənayesində fəaliyyət göstərən qlobal şirkət, BP, Worley, Wood , Exxon Mobil, Saudi Aramco və.s. kimi qlobal şirkətlərin Avropa və Orta Şərq ölkələrindəki nümayəndəlikləri üçün xarici və yerli əməkdaşların seçimi prosesində iştirak etmişdir) şirkətində İşçi Seçimi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırda NES Fircroft şirkətində İşə Qəbul üzrə Baş mütəxəssis vəzifəsində çalışır.
Bu günə qədər çalışdığı şirkətlərin siyahısı: Azercell Telekom, Vital MMC, MeqaKom MMC, Swift Engineering, Accessbank, RAM Holding və NES Fircroft şirkətləri

Qiyməti: 200 AZN

Qeydiyyatdan bu link üzərindən keçə bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSdgH5gxRdqBvs45u6gcTG9YgOi67ybHe8IuuhEiKgxa4Dupsw/viewform

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP