Ofis meneceri
 
JOB TITLE: Ofis meneceri
EMPLOYER: AzEstetik Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-29 LAST UPDATED: N/A DEADLINE: 2021-05-29



Ofis Menecer/Administrator kimi fəaliyyət göstərmək istəyən şəxslər müraciət edə bilərlər.

• Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası;
• Daxil olan sənədlərin/sifarişlərin qəbulu, qeydə alınması;
• Göndərilən sənədlərin/sifarişlərin qeydiyatının aparılması, yola salınması;
• Qəbul olunmuş sifarişlərin təhvil verilməsi tarixlərini nəzarətdə saxlamalı;
• Ofis ləvazimatlarının düzgün təchiz edilməsinə nəzarət edilməsi;
• Ofis əməkdaşlarının koordinasiyasını təşkil etmək;
• İş yazışmalarının və danışıqların aparılması;
• Daxil olan zənglərin qəbulu və yönləndirilməsi;
• Gələn qonaqların qarşılanması və yerləşdirilməsi;
• Görüşlərin təşkili;
• Stomatoloji sahə ilə bağlı məlumatlı olmaq üstünlükdür;
• İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 19:00-dək;

Tələblər:

• 21-35 yaş aralığında xoşməramlı xanımlar. İş təcrübəsi arzuolunandır.
• Azərbaycan,rus dillərini səlist bilməli, ingilis dili üstünlükdür;
• Dəqiqlik, punktuallıq və motivasiya;
• Məsuliyyətli, və komandada işləmə qabiliyyəti;
• Ünsiyyət qurma və izah etmə qabiliyyəti;
• Nitqdə qüsur olmamalı;
• Nəzakətli olmaq, korporativ etiket biliklərinə malik olmaq;
• Microsoft Office proqramları (Word, Excel, Outlook) üstünlükdür.
• Stresli işlərdə işləmək bacarığı.

İş haqqında ümumi məlumatlar veriləcək.

Əmək haqqı 400 AZN-dən başlayaraq.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Ofis meneceri" qeyd edərək vkhankishiyev@gmail.com elektron ünvanına təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP