Kateqoriya mütəxəssisi
 
JOB TITLE: Kateqoriya mütəxəssisi
EMPLOYER: Sabah Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-29 LAST UPDATED: N/A DEADLINE: 2021-05-29

Vəzifə/Ad: Kateqoriya mütəxəssisi
Ofis/Layihə: “Sabah Group” LLC
Fəaliyyət forması: Pərakəndə Şirkəti/Geyim sahəsi
Məkan: Bakı, Azərbaycan

Vəzifə və məsuliyyətlər:

“Sabah Group” şirkəti “Kateqoriya mütəxəssis”inin vəzifələri:

•  İnkişaf konsepsiyası və marka üzərində işləmə bacarığı.
•  Aktiv şəkildə müştəri perspektivlərini araşdırmaq və əlaqələndirmək.
•  Brendin idarə olunması.
•  Şirkət məhsullarının hədəf kütləsinə uyğun olaraq PR-fəaliyyət sistemini formalaşdırmaq və həyata keçirmək.
•  Büdcə və satış nəticələrinə görə malların düzgün sıralanmasını təmin etmək.
•  Malların düzgün və vaxtında çatdırılmasına nəzarət etmək.
•  Şəxsi heyətin korporativ təlimlərində iştirak etmək.
•  Mağazanın düzgün işləməsinə nəzarət etmək.
•  Düzgün satış strategiyasının hazırlanması.
•  Mağazanın aylıq satış qrafikinin düzgün quraşdırılması və hesablanmasını təmin etmək.
•  Anbarın işinə nəzarət və mağazadakı anbarın vəziyyətini təhlil etmək.
•  Mövcud kolleksiyalar üçün sifariş öncəsi hazırlıq etmək.
•  Yeni mağazaların açılışı ilə bağlı layihələrin hazırlanması.
•  Şirkət tərəfdaşları ilə işgüzar danışıqların aparılması.
•  Ticarət qaydalarına uyğun olaraq satış kampaniyalarının yaradılması və yoxlanılması.
•  Ehtiyaclardan asılı olaraq, məhsul axınının təşkili və idarə olunması. (Tədarüklərin həm keyfiyyət, həm də kəmiyyət baxımından yoxlanılması, bağlamaların hazırlanması və sərgilənməsi)
•  Məhsul axını ilə əlaqəli qaydaların təşkili və uyğunluğunun təmin edilməsi (çatdırılma problemləri, köçürmələr, satıla bilməyən məhsulların anbara qaytarılmasını təşkil etmək)
•  Marka meneceri olaraq, marka tərəfindən təşkil edilən illik iclasda (Konqres və ya forumlarda) iştirak etmək. bu görüşlər əsasən xaricdə keçirilir.
•  İstehlakçı ehtiyaclarını təmin etmək, markanın daha da böyüməsi üçün yeni imkanlar yaradacaq məhsul və ya marka inkişaf layihələrini müəyyənləşdirib idarə etmək.
•  Görülən işlər barədə rəhbərliyə aylıq hesabat vermək.
•  Mağazanın ümumi vəziyyəti və işləməsi üçün bütün avadanlıqların saxlanılmasına kömək etmək.

Tələblər: Təhsil:

• Azərbaycanda və ya xaricdə “İdarəetmə” və ya “Marketinq” sahəsində bakalavr və ya magistr dərəcəsinin olması.

Bilik və Təcrübə:

- Azərbaycan və İngilis dillərində güclü danışıq və yazmaq qabiliyyəti.
- MS OFFICE proqram tətbiqetmələrindən sərbəst istifadə bacarığı.
- Biznesin inkişaf sahələrini dərindən anlamaq.
- Pərakəndə satış sahəsinə olan maraq dairəsi.
- Heyət idarəsi bacarığı.
- Ünsiyyət bacarığı.
- Məsuliyyət.
- Güclü inzibati və təşkilatçılıq bacarığı.
- İşgüzar səfərlər üçün imkanların olması.
- Kollektivdə işləmək bacarığı (dinləmə, analiz etmə, anlama və təşəbbüs)
- Riyazi və məntiqi biliklər

Tələb olunan şərtlər:

o Qadın və ya Kişi namizəd;
o Analiz etmə bacarığı;
o Qərar vermə bacarığı;

İş şərtləri:

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
- Azərbaycan Vətəndaşı olması;
- Uğurlu namizəd üçün əmək haqqı 600-800 AZN olaraq müəyyən ediləcək.

CV-lərinizi vakansiya qeyd etmək və foto əlavə etməklə aşağıdakı mail adresinə göndərə bilərsiz.

E-mail: recruitment@sabah-group.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP