Müştərilərə xidmət şöbəsinin təmsilçisi
 
JOB TITLE: Müştərilərə xidmət şöbəsinin təmsilçisi
EMPLOYER: Modenis LLC eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

Vəzifə adı: Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)

Vəzifə öhdəlikləri:

• Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
• Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;.
• Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
• İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
• Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
• Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
• Kommunikabellilik və səbrli olma bacarığı;
• Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
• Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
• Daxili fəaliyyət qaydalarına riayət etmək;
• İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
• Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
• Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
• Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Namizədə qoyulan tələblər:

• Ali təhsilli.
• Dil Bilikləri - Azərbaycan dili (ana dili) rus dili (əla) , İngilis dili (orta)
• Nitqində qüsur olmamalı;
• Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
• Verilən tapşırığa adaptasiya olma bacarığı;
• Kollektivə uyğunlaşma bacarığı.

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 6 günü
• İş saatları növbəli (08:00-17:00; 17:00-00.00)
• Əmək haqqı 325-375 AZN (namizədin bilik və bacarıqlarına əsasən) + aylıq bonuslar
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP