İnsan Resursları üzrə menecer (Gəncə)
 
JOB TITLE: İnsan Resursları üzrə menecer (Gəncə)
EMPLOYER: Göygöl Təhsil Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30



Şirkət: Göygöl Təhsil Mərkəzi

Vakansiya: İnsan Resursları üzrə menecer -Gəncə

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial - Gəncə, 2 filial - Göygöl, 1 filial - Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

- Abituriyent hazırlığı
- Təkmilləşdirmə kursları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

 

İş yeri: Gəncə şəhəri
İş saatı: 09:00 - 18:00

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri

- Şirkət strategiyasına uyğun strukturun hazırlanması, vakansiyalara uyğun namizədlərin seçilməsi,
- İşçi məmnuniyyətinin yüksəldilməsi;
- İşçilərin təlim ehtiyaclarına uyğun təlim proqramının hazırlanması və tətbiqi;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı prosedurların hazırlanması, işçilərə kommunikasiya olunması və s.

Namizədə tələblər:

- Ali təhsil (İqtisadiyyat, Menecment, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
- İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, problem həlletmə, empatiya;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-lərin 30 may tarixinədək “İR menecer-Gəncə” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP