Hüqüqşünas
 
JOB TITLE: Hüqüqşünas
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

Hüqüqşünas tələb olunur.

Vəzifə və öhdəliklər:

- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Başqa bölmələrin sorğusu əsasında şirkətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
- Şirkəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması
- Müqavilələrin hazırlanması zamanı zəruri hüquqi dəstəyin verilməsi

Namizədə olan tələblər:

- Ali təhsil;
- Yüksək hüquqi biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Yaş məhdudiyyəti yoxdur
- Şirkət hesabına nahar;

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq narecruitment2021@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP