Marketinq Meneceri
 
JOB TITLE: Marketinq Meneceri
EMPLOYER: 166 Yükdaşıma və Logistika DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: 2021-05-25 DEADLINE: 2021-06-24



166 Logistika şirkətində Marketinq Meneceri üzrə vakansiya.

İş barədə məlumat:

• 166 Yükdaşıma və Logistika şirkətinin Azərbaycanda tanınmağının təmin edilməsi;
• Yerli marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Bazardakı hədəf auditoriyasını və rəqabət mənzərəsini anlamaq üçün bazar araşdırmalarının aparılması;
• Uzun və qısa müddətli strateji marketinq planlarının yaradılması,inkişaf etdirilməsi və həyata keçirilməsi;
• Ölkədə marka prestijini artırmaq üçün yerli tədbirlərdə şirkətin təmsil edilməsi;
• Şirkətin böyüməsini təmin etmək və gəlir miqdarını artırmaq üçün həm qısa, həm də uzunmüddətli marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
• Sosial medianın planlarının dərindən araşdırılması və tətbiq edilməsi;
• Satış gücünün effektivliyini və məhsulun nüfuzunu artırmaq üçün yerli və regional marketinq təşəbbüslərinin inkişaf etdirilməsi;
• Yaradıcılığın,təşəbbüskarlığın və problemi həll etmə bacarıqlarının olması;
• Ümumi kampaniyaların və performansın təhlil edilməsi;
• Mövcud və yeni məhsul konsepsiyalarına dair marketinq araşdırmasının aparılması;
• Keçmiş kampaniya nəticələrinin ölçülməsi və qiymətləndirilməsi.

Tələblər:

• Biznesin idarəedilməsi və ya Marketinq üzrə bakalavr və magistr dərəcəsinin olması;
• Minimum 2 il marketinq koordinatoru və ya meneceri kimi iş təcrübəsinin olması;
• Marketinq konsepsiyalarının dərindən başa düşülməsi;
• Sosial medianın idarə edilməsi və Facebook reklam bilgilərinin olması;
• Rəqabətli analiz bacarığının olması.

İş haqqında məlumat:

• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1500-2000 AZN.

Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=103

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP