Administrator
 
JOB TITLE: Administrator
EMPLOYER: Atmosphere Lounge & Restaurant DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

Atmosphere lounge and restaurantAdministrator” vakansiyasını elan edir

İşin təsviri:

• Lounge və kabinetlərdə xidmət sisteminin düzgün idarə etmək;
• Banket xidmətini düzgün qurmaq;
• Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılmaq və təşkil etməklə yanaşı tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin etmək;
• Müştəri məmnuniyyətini saxlamaq və hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərmək;
• İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
• Müəssisənin daxili siyasətinə uyğun olan hesabatı hazırlamaq;
• Kadr hazırlığı və komandada adaptasiya mühitini təşkil etmək;
• Gündəlik işçi heyətinə təlimlər keçmək;
• Şəxsi heyət arasında məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyəti bölüşdürmək eyni zamanda ilkin və yekun nəticəni aidiyyatı şəxslərə təqdim etmək;
• Mətbəxlə koordinasiya etmək şərtilə təchizat standartlarını bəlli etmək və yönləndirmək;
• Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
• Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək;
• İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
• İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
• Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
• Qonaqlarn rezervasiyasının düzgün şəkildə tənzimlənməsinə nəzarət etmək;
• Depozit sistemini düzgün idarə etmək;
• Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək.

Tələblər:

• Ali təhsil üstünlükdür;
• Banket xidməti üzrə təcrübə;
• Lounge və kabinet sistemində təcrübəli olmaq mütləqdir;
• Təlim vermə üzrə təcrübə mütləqdir;
• Administrator üzrə 3-5 il arası iş təcrübəsi mütləqdir;
• Liderlik, təşəbbüskarlıq, rahatlıq və adaptasiya kimi xüsusiyyətlərə sahib olmalı;
• Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunandır;
• Ofis proqramlarından anlayışı olmalı.

Şərtlər:

• Əmək haqqı: 700 AZN + aylıq ümumi satışın 0.5%-i;
• İş qrafiki: 10 saat;
• AR ƏM uyğun işə qəbul;
• Həftədə bir gün istirahət;
• Nahar şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Administrator” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP