Ofisiant
 
JOB TITLE: Ofisiant
EMPLOYER: Atmosphere Lounge & Restaurant DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

“Atmosphere lounge and restaurant” “Ofisiant” vakansiyasını elan edir.

İş barədə məlumat:

• Lounge və kabinet sistemində xidmət etmək;
• Banketlərdə xidməti düzgün aparmaq;
• Standart və etiketlərdən anlayışlı olub və düzgün tətbiq olunmasını təmin etmək;
• Menyuda olan qida və işçkilərin müştərilərə yüksək səviyyədə satışını təmin etmək;
• Servisi dərindən bilmək və məsuliyyətlə çalışmaq;
• Qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
• Müsbət enerjili olmaq, gülərüzlü olmaq və qonaqlarla münasibəti düzgün tənzimləyə bilmək;
• Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək;
• Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək.

Tələblər:

• Ali təhsilli olması üstünlükdür;
• Lounge və kabinet sistemində 2-3 il iş təcrübəsi üstünlükdür;
• Ofisiant vəzifəsi üzrə minumum 5 il iş təcrübəsi mütləqdir;
• Banket xidmətində iş təcrübəsi mütləqdir;
• Etik davranış qaydalarına sahib olmalı;
• Diqqətli, məsuliyyətli və cəld olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Gülərüz və xoşgörünüşlü olmalı;
• Səliqəli və təmizkar olmalı
• Xarici görünüşünə diqqət göstərməli;
• Danışıq qabiliyyəti yüksək olmalı;
• Müştəri ilə ünsiyyət qurmağı bacarmalı;
• Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır).

Şərtlər:

• Əmək haqqı: 300 azn + etdiyi satışın 3%-i + tips;
• İş qrafiki: növbəli (10saatlıq);
• Həftədə bir gün istirahət;
• AR ƏM uyğun işə qəbul;
• Nahar şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Ofisiant” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP