Horeca üzrə Bölgə müdiri
 
JOB TITLE: Horeca üzrə Bölgə müdiri
EMPLOYER: Badamlı DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

Horeca üzrə Bölgə müdiri

1947-ci ildən Azərbaycanda mineral suların istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkəti özünə və peşəkarlıq qabiliyyətinə güvənən, müvafiq sahədə təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandasına qoşulmağa dəvət edir!

Badamlı komandasına qoşulmaqla Siz əldə edəcəksiniz:

- Davamlı karyera inkişafı
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Adekvat əmək haqqı və satışa görə bonuslar
- Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- AR qanunvericiliyinə uyğun sənədləşmə

Vəzifə öhdəlikləri:

- Otel, restoran, kafelərə, eyni zamanda digər korporativ müştərilərə aktiv satışın təşkil edilməsi
- Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
- Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
- Mövcud müştərilərə əlaqələrin qorunub saxlaması, mütəmadi ziyarət olunması və sifarişlərin qəbulu, yeni məhsulların onlara təqdimatı və satışı
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimatlandırmaların aparılması
- Yeni müştərilərin cəlb edilməsi; mütəmadi olaraq potensial müştəriləri axtarılması, müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması, məhsulların təqdimatı və satışının həyata keçirilməsi
- Mövcud bazarın vəziyyətinin təhlil edilməsi, yeni satış həmlələri ilə çıxış etmə və onların rentabeliiyinin proqnozlaşdırılması və hesablanması
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə sertifikatları olanlara üstünlük veriləcək
- Müvafiq sahədə ən azı 3 il iş təcrübə
- MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı
- İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
- Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir
- Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma
- Yaş həddi: 25-45
- Sürücülük vəsiqəsi (B kategoriya), şəxsi minik avtomobili ilə işləmək imkanı

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Bölgə müdiri” qeyd edərək öz CV-lərini karyera@badamli.az email ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP