Satış üzrə analitik
 
JOB TITLE: Satış üzrə analitik
EMPLOYER: Zəhmət-Ruzi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-30 LAST UPDATED: N/A DEADLINE: 2021-05-30

“ZƏHMƏT RUZİ” MMC

Vəzifə: Satış üzrə analitik

Vəzifə öhdəlikləri:

• Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
• Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
• Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
• Böyük şəbəkələrlə üzləşmələrin təşkili
• Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi
• Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması.

Namizədə tələblər:

• Təhsil: Ali (Mühasibatlıq, İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil)
• İş təcrübəsi: 3-5 il müvafiq sahə və pərakəndə satış sahəsi üzrə təcrübə;
• Yaş həddi: 30-45;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (arzuolunandır);
• Kompüter biliyi: 1C programı, Agent+, CRM, MS Office (Excel, Word, Outlook);
• Nəzəri biliklər:
• Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
• Bazarın analizi;
• Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;
• Satış işinin təşkili və idarə edilməsi bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışqan, nizam-intizamlı; bacarıqlı;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
• Ezamiyyətlərə açıq olmalıdır.

İş şəraiti:

• Ofis Xırdalanda yerləşir
• 5 günlük iş həftəsi (6-cı gün iş vaxtı 09:00-14:00)
• İş vaxtı: 09:00 - 17:00
• Əmək haqqı: fix 700-900 AZN+ əmək haqqına yüksək məbləğli bonus (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən ediləcək)
• Əmək Məcəlləsinə uyğun işə qəbul

Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) sevda.q@sab.az elektron ünvanına mövzu hissəsində "Satış üzrə analitik" qeyd etməklə göndərə bilərlər. Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP