Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker
 
JOB TITLE: Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker
EMPLOYER: Logist LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-03 LAST UPDATED: N/A DEADLINE: 2021-06-02

Gömrükləmə və beynəlxalq daşınmalar üzrə broker

Logist şirkəti komandasına peşəkarları dəvət edir!

Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Vəzifənin öhdəlikləri

• Gömrük sənədlərinin dövriyyəsinin aparılması;
• Gömrük ödənişləri ilə işləmək;
• Gömrük orqanlarında yaranan qeyri-standart məsələlərin həlli;
• Gömrük rəsmiləşdirilməsi məqsədilə qəbul edilmiş mal və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərini yoxlamaq;
• Xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərmək;
• Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirmək;
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
• Nəqliyyat və gömrük sənədləri ilə iş; Bütün zəruri icazələrin hazırlanması.

Şərtlər

• İş qrafiki həftə içi 9 00 – 18 00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Telefon danışıq haqqının verilməsi
• Əmək haqqı müsahibəyə əsasən təyin olunur

Namizədə tələblər

• Ali təhsil
• MS Office (Word, Excel, Outlook) proqramlarıını bilməli
• Azərbaycan, Rus dili (orta), İngilis dili (yaxşı)
• Dürüst, məsuliyyətli və diqqətli olmaq
• Təşəbbüskarlıq qabiliyyəti
• Analitik düşünmə, tez qərar qəbul etmə, yarana biləcək problemləri ən qısa zamanda həll etmək bacarığı

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP