Filial müdiri
 
JOB TITLE: Filial müdiri
EMPLOYER: International BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-03 LAST UPDATED: N/A DEADLINE: 2021-06-02

Filial müdiri (Bakı) İş vaxtı 9:00-dan 18:00-a dək.

INTERNATIONAL BOKT(Bank Olmayan Kredit Təşkilatı) MMC Bakı şəhərində yeni açılacaq filiallar üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı 800-1500 AZN!!!

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar ücün nəzərdə tutulan və ya vermiş olduqlari kreditlərə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

• Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP