Hüquqi ekspertiza sektorunun hüquqşünası
 
JOB TITLE: Hüquqi ekspertiza sektorunun hüquqşünası
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-04 LAST UPDATED: N/A DEADLINE: 2021-06-03

Vakansiyanın adı: Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun hüquqşünası

Vəzifə öhdəliklər:

• Şirkətin fəaliyyətinin qanunvericiliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasında iştirak etmək;
• Hüquqi audit və hüquqi risklərin dəyərləndirilməsi üzrə fəaliyyətin icrasında və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək;
• Şirkətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılmasında iştirak etmək;
• Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış, rəy və məlumatları hazırlamaq, hazırlanmış arayış və rəylərin yoxlanılmasını təşkil etmək və ya hazırlanmasında iştirak etmək;
• Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında şirkətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
• Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə, habelə şöbənin rəhbərliyinə məruzə etmək;
• Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili;
• Hüquq sahəsi üzrə ali magistr dərəcəsinin olması arzuolunandır;
• Hüquqi ekpertiza ilə əlaqəli istiqamətlər (elmi tədqiqatlar, araşdırmalar) üzrə minimum 3 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Hüquqi ekspertiza sektorunun hüquqşünası" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP