Ofis administratoru/Müştəri xidmətləri üzrə mütəxəssis
 
JOB TITLE: Ofis administratoru/Müştəri xidmətləri üzrə mütəxəssis
EMPLOYER: Master Builders Solutions Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-04 LAST UPDATED: 2021-05-04 DEADLINE: 2021-05-18

“Master Builders Solutions Azerbaijan” MMC şirkəti haqqında

“Master Builders Solutions Azerbaijan” MMC (əvvəlki adı ilə BASF Caspian) 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.

Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.

Namizədə tələblər

• Ali təhsil;
• Azərbaycan, İngilis dillərini səlis bilməli;
• Məsuliyyətli və komandada işləmə qabiliyyəti;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Müvafiq sahədə ən az 1 illik iş təcrübəsinə sahib olmaq;
• Üstünlük ancaq xanımlara veriləcək.

Vəzifə öhdəlikləri

• Ofisin idarə olunması, ofis daxili inzibati işlərin təşkili;
• Gələn zənglərin qəbulu və aidiyyatı şöbəyə yönləndirilməsi;
• Aviabiletlərin alışı, xaricdən gələn qonaqların qarşılanması, otel rezervasiyalarının təşkili;
• Yeni müştərilərin axtarılması və müvafiq satış şöbəsinə yönləndirilməsi;
• Müştəriləri xidmət və məhsullar haqqında məlumatlandırılması;
• Müştərilərlə əlaqəli sənədləşdirilmə işlərinin aparılması.

İş qrafiki: 08:30 - 17:30 (5 günlük iş qrafiki). Lokasiya - Bakı şəhəri.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Tərcümeyi-halınızı 17 may 2021-ci il tarixindən gec olmamaq şərti ilə caspian@mail.mbcc-group.com elektron ünvanına subject/mövzu hissəsində “Ofis administratoru/Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Master Builders Solutions Azerbaijan
Əlaqə üçün nömrə: +99451 250 27 00

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP