Tender üzrə mütəxəssis
 
JOB TITLE: Tender üzrə mütəxəssis
EMPLOYER: Nobel Elektrik DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-04 LAST UPDATED: N/A DEADLINE: 2021-06-03

İş barədə məlumat

NOBEL ELEKTRİK şirkəti Tender üzrə mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Namizədə aid tələblər:

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması
- Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
- Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
- Tələblərin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Müqavilələr üzrə danışıqların aparılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı.

İş qrafiki:

- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- İstirahət günü - Şənbə və Bazar günləri
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı 700-1200 manat

Namizədə tələblər

- Ali təhsili olmalı;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Təchizat, satış və tender sahəsində iş təcrübəsi 2-3 ildən artıq;
- Kompyuter biliklərinə sahib olan;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- Yaş həddi 22-35 yaş arası;

CV-lər yalnız bakhtiyar@nobelelektrik.az ünvanına göndərilsin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP